Nazirlər rayonlarda vətəndaşları qəbul edəcək – SİYAHI

Fevral ayının səfər qrafikləri açıqlanıb…

Fevral ayının səfər qrafikləri açıqlanıb.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəli elan olunub.

Oxu.Az AzərTAc-a istinadən həmin siyahını təqdim edir:

Fikrət Məmmədov, Ədliyyə naziri – 4 fevral, Salyan rayonunda vətəndaşları qəbul edəcək.

Qərib Məmmədov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri – 6 fevral, Saatlı rayonunda vətəndaşları qəbul edəcək.

Hicran Hüseynova, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – 12 fevral, Neftçala rayonunda vətəndaşları qəbul edəcək.

Zakir Qaralov, Baş prokuror – 13 fevral, Şamaxı rayonunda vətəndaşları qəbul edəcək.

Mikayıl Cabbarov, Təhsil naziri – 16 fevral, Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.

Elman Mehdiyev, Dövlət Sosial Müdafiə Fondunun sədri – 19 fevral, Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

Elçin Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi – 19 fevral, Lənkəran rayonunda vətəndaşları qəbul edəcək.

Arzu Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – 19 fevral, Gəncə şəhərində vətəndaşları qəbul edəcək.

Kəmaləddin Heydərov, Fövqəladə hallar naziri – 20 fevral, Astara rayonunda vətəndaşları qəbul edəcək.

Hüseynqulu Bağırov, Ekologiya və təbii sərvətlər naziri – 20 fevral, Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.

Şahin Mustafayev, İqtisadiyyat və Sənaye naziri – 20 fevral, Şabran rayonunda vətəndaşları qəbul edəcək.

Heydər Əsədov, Kənd təsərrüfatı naziri – 20 fevral, Qax rayonunda vətəndaşları qəbul edəcək.

Oqtay Şirəliyev, Səhiyyə naziri – 20 fevral, Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək.

Əli Abbasov, Rabitə və yüksək texnologiyalar naziri – 20 fevral, Ağsu şəhərində vətəndaşları qəbul edəcək.

Fazil Məmmədov, Vergilər naziri – 21 fevral, Hacıqabul rayonunda vətəndaşları qəbul edəcək.

Kərəm Həsənov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – 21 fevral, Bərdə rayonunda vətəndaşları qəbul edəcək.

Əbülfəs Qarayev, Mədəniyyət və turizm naziri – 24 fevral, Ağdaş rayonunda vətəndaşları qəbul edəcək.

Mübariz Qurbanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – 24 fevral, Göyçay rayonunda vətəndaşları qəbul edəcək.

Azad Rəhimov, Gənclər və idman naziri – 25 fevral, Qusar rayonunda vətəndaşları qəbul edəcək.

Səlim Müslümov, Əmək və əhalinin sosial müdafiəsi naziri – 27 fevral, Masallı rayonunda vətəndaşları qəbul edəcək.

Ziya Məmmədov, Nəqliyyat naziri – 27 fevral, Lənkəran rayonunda vətəndaşları qəbul edəcək.

Aydın Əliyev, Dövlət Gömrük Komitəsinin sədri – 27 fevral, İmişli rayonunda vətəndaşları qəbul edəcək.

Məleykə Abbaszadə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri – 27 fevral, Xaçmaz rayonunda vətəndaşları qəbul edəcək.

Ramil Usubov, Daxili işlər naziri – 28 fevral, Şirvan şəhərində vətəndaşları qəbul edəcək.

Qeyd: Vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır.

www.oxu.az