Nazirlər rayonlarda vətəndaşları qəbul edəcəklər

Dekabr ayının səfər qrafikləri açıqlanıb…

Dekabr ayının səfər qrafikləri açıqlanıb.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri bu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşları qəbul edəcək.

Oxu.Az xəbər verir ki, Kənd təsərrüfatı naziri Heydər Əsədov dekabr ayının 26-da İsmayıllı rayonunda, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədriQərib Məmmədov dekabrın 2-də Göyçay rayonunda, Baş prokuror Zakir Qaralov dekabrın 5-də Abşeron rayonunda, Ədliyyə naziri Fikrət Məmmədov 30 dekabrda Balakən rayonunda, Gənclər və İdman naziri Azad Rəhimov 19 dekabrda Şirvan rayonunda, İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 19 dekabrda Hacıqabul rayonunda, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 9 dekabrda Sabirabad rayonunda, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 17 dekabrda Ağcabədi rayonunda, Vergilər naziri Fazil Məmmədov 19 dekabr Abşeron rayonunda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisiArzu Rəhimov 11 dekabrda Bakı şəhərində, Mədəniyyət və Turizm naziriƏbülfəs Qarayev 10 dekabrda Sabirabad rayonunda, Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 27 dekabr Ağcabədidə, Səhiyyə naziriOqtay Şirəliyev 5 dekabrda Şirvanda, Təhsil naziri Mikayıl Cabbarov 8 dekabr Saatlıda, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov19 dekabrda Salyanda, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlı 25 dekabrda Gəncədə, Ekologiya və təbii sərvətlər naziriHüseynqulu Bağırov 26 dekabrda Ağdaşda, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 18 dekabrda Yevlaxda, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 26 dekabrda Şamaxıda, Nəqliyyat naziri Ziya Məmmədov 19 dekabrda Xaçmazda, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 26 dekabrda Naftalanda vətəndaşları qəbul edəcək.

www.oxu.az