Nazirlik cəbhədən məlumat yayıb – RƏSMİ

Düşmən mövqelərimzi atəşə tutub…

Düşmən mövqelərimzi atəşə tutub.

Ermənilər atəşkəs rejimini yenə pozublar.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 

Düşmən cavab atəşi ilə susdurulub.

www.oxu.az