Neft düşür, OPEC ölkələri əhəmiyyətli büdcə problemləri yaşayır

Neft qiyməti birjalarda enişinə davam edir. Dünən Nyu York və London birjalarında 67 dollar 50 sentə qədər geriləyən brent tipi neft günü 71 dollar səviyyəsində tamamladı…

 

Publika.az xəbər verir ki, 64 dollara düşən ABŞ-ın  xam nefti isə günü 67 dollar səviyyəsində nöqtələdi.

 

Onu da bildirək ki, qiymətlərin düşməsi OPEC ölkələrində əhəmiyyətli büdcə problemlərinin yaşanmasına gətirib çıxarıb. Dünyanın ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı isə bu siyasət sayəsində ABŞ-da  qaya qazı neft sənayelərini pis vəziyyətə salmağı hədəfləyir:

 

“Qiymətlərin düşməsi çox ciddi problemlər doğurur. Çünki bəzi ölkələrin iqtisadiyyatları yalnız neft istehsalına bağlı vəziyyətdədir. Xam neft qiymətlərinin düşməsi də ixracat gəlirlərinin anında azalması mənasını verir “.

 

Xatırladaq ki, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) üzvləri 27 noyabrdakı son yığıncaqlarında istehsallarını azaltmamağı qərarı alıblar. Bu tarixdən bəri, məsələn, Brent tipi neftin dəyəri 10 faiz düşüb.

 

/Publika/