Neft məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri bahalaşıb

Dövlət Statistika Komitəsi məlumat yaydı…

Dövlət Statistika Komitəsi məlumat yaydı.

Ötən ilin dekabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 19,6%, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 22,3%, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 2,1% ucuzlaşıb.

Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitənin məlumatında qeyd olunur ki, dekabr ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 22,4%, metal filizlərinin hasilatı üzrə 3,2%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətlərində isə 0,4% ucuzlaşma müşahidə olunub.

Dekabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri neft məhsullarının istehsalı üzrə 3,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,0%, tikinti məmulatlarının istehsalı üzrə 0,7%, kimya sənayesi üzrə 0,4%, qida məhsullarının istehsalı, ağac emalı və ağacdan məmulatların istehsalı və metallurgiya sənayesi üzrə 0,1% ucuzlaşıb, toxuculuq sənayesi üzrə 1,9%, içki istehsalı üzrə 0,5%, geyim istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1% bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

www.oxu.az