Neft OPEK-in görüşü ərəfəsində ucuzlaşmağa davam edir

Görüş noyabrın 27-də Vyanada baş tutacaq…

Görüş noyabrın 27-də Vyanada baş tutacaq.

Neftin dünya qiymətlərinin ucuzlaşmasını çərşənbə axşamı OPEK bazarının iştirakçılarının görüşü öncəsi satışlar təsdiq edir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, çərşənbə gününün səhərinə olan məlumata əsasən yanvar fyüçerslərinin dəyərinə əsasən Brent markalı neftin qiyməti 0,98% azalaraq 79,58 dollardan ibarət olub.

Yanvar fyüçerslərinin dəyərinə əsasən WTI markalı yüngül neftin qiyməti 0,91% azalaraq bir barel üçün 75,82 dollar olub.

İnvestorlar qarşıdakı OPEK-ə üzv ölkələrin görüşündə: neft hasilatının azaldılmasına və ya qiymətlərin dəstəklənməsinə dair qərarın qəbul ediləcəyini gözləyirlər. Görüş noyabrın 27-də Vyanada baş tutacaq. Analitiklər qeyd edirlər ki, bazar getdikcə danışıqların pessimist nəticələrinə köklənirlər.  

“(Bazar-red.) OPEK nə hasilatın azaldılması, nə də neft təklifinin məhdudlaşdırılmasına dair razılığa gələ bilməyəcək”, – Frans Press agentliyi Sinqapurda yerləşən United Overseas bankının bəyanatını bildirib.

Bundan başqa neftin qiyməti, beynəlxalq vasitəçilərdən ibarət “altılıq” və İranın Tehrana qarşı beynəlxalq sanksiyaların qaldırılması və İran nüvə proqramının sülh xarakterli zəmanətinin hazırlanmasının 2015-ci ilin iyul ayının 1-nə qədər uzadılması xəbərinə əsaslanaraq da ucuzlaşır.

Danışıqların iştirakçıları qeyd ediblər ki, danışıqların sonuncu raundunda Vyanada tərəflər müəyyən irəliləyişə nail olublar və üç ay ərzində ilkin razılıq əldə etməyə istiqamət götürüblər.  

www.oxu.az