Neftin qiyməti 50 dollara qədər ucuzlaşa bilər

“Qara qızıl” ixracatçıları üçün bu dəhşətli proqnoz ABŞ-ın Enerji Nazirliyindən gəlib…

“Qara qızıl” ixracatçıları üçün bu dəhşətli proqnoz ABŞ-ın Enerji Nazirliyindən gəlib.

ABŞ-ın Enerji Nazirliyinin Energetik İnformasiya üzrə İdarəsi (EİA) neftin bir barelinin qiymətinin 50 dollara qədər ucuzlaşacağının mümkün olmasını hesab edir.  

Oxu.Az RİA Novosti-yə istinadən bildirib ki, bu barədə EİA-nın rəhbəri Adam Syeminski (Adam Sieminski) jurnalistlərlə görüşdə bildirib.  

“Neftin bir barelinin qiymətinin 50 dollardan da ucuz olması mümkündür”, – Syeminski deyib, onun sözlərini Bloomberg agentliyi sitat gətirib.

Bununla yanaşı, ABŞ-ın Enerji Nazirliyinin Energetik İnformasiya üzrə İdarəsinin rəhbəri qeyd edib ki, neftin bir barelinin qiymətinin 60 dollara enməsi halında ABŞ-da neft hasilatı dayandırıla bilər. Onun sözlərinə görə, analitiklərin əksəriyyəti WTI markalı neftin qiymətinin 2015-ci ildə bir barel üçün 62 dollar olacağını ehtimal edirlər.

NYMEX Nyu-York əmtəə birjasının satış nəticələrinə görə, WTI markalı neftin qiyməti 1,03 dollar ucuzlaşaraq 74,61 dollardan ibarət olub.

ICE London birjasında Brent markalı neftin bir bareli üçün olan qiymət 0,84 dollar uculaşaraq 78,47 dollardan ibarət olub.

Bu ilin iyunundan neftin qiyməti təxminən 30% ucuzlaşaraq uzun illər bundan öncəki minimuma çatıb.

www.oxu.az