Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının artım proqnozunu 3,3%-dək azaltdı…
Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının artım proqnozunu 3,3%-dək azaltdı.
Cümə axşamı keçirilən hərraclarda Brent neftinin qiyməti yenidən psixoloji baxımdan vacib olan 90 dollar/barel həddindən aşağı düşsə də, günün ortalarında 90,4 dollar/barel səviyyəsində qalıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, neftin qiymətində azalma qlobal tələbatın azalması və ABŞ-da hasilatın artması ilə əlaqədar dördüncü aydır ki, davam edir.
Çərşənbə axşamı Beynəlxalq Valyuta Fondu 2014-cü ildə dünya iqtisadiyyatının artım proqnozunu 3,3%-dək, 2015-ci ildə isə 3,8%-dək azaldıb.
Eyni zamanda ABŞ Energetika Nazirliyinin hesablamalarına görə, ölkədə neft ehtiyatları 361,7 mln. barelə çatıb, hasilat isə son 20 ildə rekord göstəriciyə – gündəlik 8,88 mln. barelə bərabərdir.