Neftin qiyməti beşillik minimuma endi

WTI 0,85% ucuzlaşdı…

WTI 0,85% ucuzlaşdı.

Brent markalı neftin dekabr fyuçerslərinə görə dəyəri London birjasında bu gün 0,99% enərək bir barel üçün 80,86 dollardan ibarət olub – bu, 2009-cu ilin minimumuna bərabərdir, Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir.

Bir müddət sonra Brentin qiymətinin enməsi dayanıb, Bakı vaxtı ilə 13.03-də neftə olan dekabr fyuçersinə görə neft 0,63% enərək bir barel üçün 81,04 dollar olub.

WTI bu zaman 0,85% ucuzlaşaraq bir barel üçün 77,28 dollardan ibarət olub.

BKS MQ eksperti Vasili Karpuninin fikrincə, Brent markasının bir bareli üçün 81-82 dollar olması, texniki təhlil baxımından qiymətin 76,5-77,5 dollar arası olmasına yol aça bilər.   

Liviyada hasilatın azalmasına baxmayaraq, neftin qiyməti enir. Çünki təklif artıq olaraq qalır, Reuters xəbər verir.

Liviyada iri neft əl-Şərar yatağının hakimiyyət uğrunda mübarizə aparan qruplaşma tərəfindən ələ keçirildikdən sonra hasilatı və Hariqa limanından 120 000 barel həcmində ixrac maaşların artma tələbi ilə dayandırılıb.

www.oxu.az