Neftin qiyməti 4 dollar ucuzlaşdı

Hal-hazırda WTI-nin qiyməti 2012-ci ilin qiyməti səviyyəsindədir…

Hal-hazırda WTI-nin qiyməti 2012-ci ilin qiyməti səviyyəsindədir.

Brent markalı neftin qiyməti Avropada oktyabr ayının 14-də 3,85 dollar enərək bir barel üçün 85,04 dollara çatıb.

Oxu.Az xəbər verir ki, bu, 2011-ci ildən bu yana ən sürətli enmə tempi (-4,3 faiz) olub, bunu The Wall Street Journal qeyd edib.

WTI Amerika neft markası 4,6 faiz ucuzlaşaraq bir barel üçün 81,84 dollar olub, bu isə son iki ildə maksimal enmə həddidir, indi qiymət 2012-ci il səviyyəsindədir.

“Vedomsti”nin qeyd etdiyi kimi bu enmə ikinci gün Beynəlxalq energetika agentliyinin dərc etdiyi, 2014-cü ildə neftə olan tələbatın sutka ərzində 200 min barel azalaraq 92,4 milyon barelə çatdığını bildirən proqnozlarından irəli gəlib. Beləliklə, 2013-cü il ilə müqayisədə yüksəlmə 700 min barel olacaq – bu isə son beş ildə ən az tələbat artımıdır.

Bununla yanaşı 2013-cü ilin sentyabr ayı ilə müqayisədə hasilatın yüksəlməsi sutkada 2,8 milyon barel olacaq, tələbatın artması və ya azalması neftin qiymətlərinin enməsindən asılıdır, hesabatda qeyd edilib.

www.oxu.az