OPEK-in məlum qərarı “qara qızılı” qiymətdən saldı…
OPEK-in məlum qərarı “qara qızılı” qiymətdən saldı.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 2,34 dollar ucuzlaşaraq 1 barelə görə 64,65 dollar təşkil edib.
Oxu.Az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 3,47 dollar azalaraq 67,8 dollar olub.
Qeyd edək ki, OPEK-in neft hasilatının azaldılmaması barədə son qərarından sonra neftin qiymətində azalma davam edir.