Neftin son qiymətləri

Texas neftinin bir barelinin qiyməti 45 dollar oldu…

Texas neftinin bir barelinin qiyməti 45 dollar oldu.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 0.06 dollar bahalaşaraq 1 barelə görə 45.09 dollar təşkil edib.

Oxu.Az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.23 dollar azalaraq 48.09 dollar olub.

Qeyd edək ki, ekspertlər bildirir ki, Səudiyyə Ərəbistanının yeni kralı Salman ibn Abdul-Əziz əl-Saudan neft hasilatının əvvəlki həcmini saxlamaq istədiyindən neftin dünya birjalarında qiyməti ucuzlaşır.

www.oxu.az