“Nezavisimaya qazeta”: Rusiya Azərbaycana viza rejimi tətbiq edəcək

“Hakimiyyət partiyası sərfəli qanundan istifadə edəcək”…

“Hakimiyyət partiyası sərfəli qanundan istifadə edəcək”.

Rusiyanın Federal Miqrasiya xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovski bəyan edib ki, Rusiyada bu gün qeyri-qanuni 3,7 milyon mühacir var.

Oxu.Az “Nezavisimaya qazeta”ya istinadən xəbər verir ki, kommunistlər Gömrük İttifaqına daxil olmayan MDB ölkələrindən gələnlərə viza tətbiq etməyi təklif edirlər.

Müvafiq qanun layihəsini kommunistlər may bayramlarından sonra aşağı palatada müzakirəyə çıxartmağı düşünürlər.

Romodanskinin sözlərinə görə, “risk qrupu: qanuni icazə müddəti 90 gün olan icazəsi ötən və ölkədə qeyri-qanuni qalan” 4 milyon mühacirdir.

İlk növbədə MDB ölkələri ilə viza rejimi tətbiq etmək lazım olduğu fikri ilə deputat Vadim Solovyov da razıdır. O, “NQ”-ya danışıb ki, may bayramlarından sonra kommunistlər əmək mühacirləri üçün viza tətbiqi üçün qanun layihəsini təkrar dinləməyə çıxaracaqlarını deyib. Sənədlərdə hansı region, müəssisə və mühacirlərin hansı vəzifədə işləyəcəkləri qeyd ediləcək.

“Qışda bizim layihə Dumada dəstək görmədi, amma sonuncu Krımla bağlı məsələlərlə əlaqədar düşünürəm ki, deputatların çoxu fikrini dəyişəcək”, – ölkədə əhalinin sayının krımlıların hesabına artdığını xatırladan Solovyov deyib.

Viza rejiminin RFKP deyil, başqa bir partiya tərəfindən də tətbiq edilməsi nə dərəcədə mümkündür? Bir tərəfdən Rusiya əvvəlki kimi MDB ölkələrinin hakimiyyət başçıları ilə münasibəti korlamaq istəmir. Digər tərəfdən 2014-cü ildə bu addımı atmağa məcbur edən şəraitin əlamətləri meydana gəldi. Artıq bəzi yüksək rütbəli məmurlar cari təşəbbüsü dəstəkləyirlər.

Məsələn, yanvarın ortasında ölkədə millətlərarası münasibətlərin inkişafı üçün cavabdeh olan baş nazir Dmitri Kozak “Rossiya 24” telekanalına verdiyi müsahibədə bəyan edib ki, mühacir axını çox olan bəzi qonşu ölkələrlə viza rejimi tətbiq edilə bilər:

“Düşünürəm ki, vizalar mütləq lazımdır, çünki bütün dünyada olduğu kimi ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsi müxtəlifdir. Əgər biz bu mühacir axınını viza rejimi vasitəsi ilə tənzimləməsək, o zaman biz ölkəmizi həmin millətlərarası münaqişələrdən müdafiə edə bilmərik”.

Mixail Remizov hesab edir ki, “dama dama göl olar”. Onun sözlərinə görə viza rejiminin tətbiq edilməsi təklifi çox güman ki, “Vahid Rusiya” tərəfdarlarından gələcək. “Hakimiyyət partiyası sərfəli qanundan istifadə edəcək”

www.oxu.az