Novruz Məmmədov: Uorlik Qarabağ münaqişəsinin Tvitter-də həll etmək istəyir

Amerikalı siyasətçi Tvitterdəki bəyanatları ilə gündəmi zəbt edib…

Amerikalı siyasətçi Tvitterdəki bəyanatları ilə gündəmi zəbt edib.

Azərbyacan Prezidentinin Administrasiyasının rəhbərinin müavini, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz MəmmədovFacebook sosial şəbəkəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərən ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlikin hər addımını Tvitterdə işıqlandırma adətinə istehzalı şəkildə şərh edib:

“Mənə hərdən elə gəlir ki, Uorlik Dağlıq Qarabağ münaqişəsinin Tvitter-də həll etmək istəyir”, – Novruz Məmmədov yazıb.

Ceyms Uorlikin Tvitter-də müntəzəm olaraq, heç bir konkret hərəkət etmədən, sadəcə öz optimist paylaşımları ilə dumanı dağıtmağını görəndə onunla razılaşmamaq mümkün deyil.

www.oxu.az