Obama Ərdoğanla terrora qarşı birgə mübarizə məsələlərini müzakirə edib

ABŞ prezidenti Türkiyənin Avropa və Yaxın Şərq arasında körpü olduğunu qeyd edib…

ABŞ prezidenti Türkiyənin Avropa və Yaxın Şərq arasında körpü olduğunu qeyd edib.

Böyük Britaniyada NATO sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama ilə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, görüş zamanı Obama ABŞ-la Türkiyə arasında Yaxın Şərqdə fəaliyyət göstərən terror təşkilatları barədə kəşfiyyat məlumatlarının mübadiləsinin vacibliyini vurğulayıb.

Obama Türkiyənin Avropa və Yaxın Şərq arasında körpü olduğunu, NATO-da mühüm rol oynadığını da qeyd edib.

Türkiyə prezidenti, öz növbəsində, ölkələr arası tərəfdaşlığa yüksək qiymət verdiyini, tərəflərin bir çox məsələlərdə yaxın olduğunu bildirib. Ərdoğan sammitdə qaldırılan geniş spektrli problemlər ətrafında amerikalı həmkarı ilə müzakirə apardığından məmnun olduğunu deyib. 

www.oxu.az