Obama ilə Putinin 15 dəqiqəlik görüşü

Rusiya prezidenti həmçinin Almaniya kansleri və Ukrayna prezidenti ilə görüşüb…

Rusiya prezidenti həmçinin Almaniya kansleri və Ukrayna prezidenti ilə görüşüb.

Rusiya prezidenti Vladimir Putin müttəfiq qoşunların Fransanın Normandiya bölgəsinə çıxarılmasının 70 illiyinə həsr olunmuş tədbir çərçivəsində görüşlərini davam etdirir. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel və Ukrayna prezidenti Petro Poroşenkonun ardından ABŞ lideri Barak Obama ilə görüşüb. 

Rusiya və ABŞ prezidentlərinin Fransada qeyri-rəsmi görüşü 15 dəqiqə davam edib.

Tərəflərin görüşdə hansı məsələləri müzakirə edildiyi mətbuata açıqlanmayıb.

www.oxu.az