“Təhlükəli üçlük” İD terrorçuları ilə tamamlandı…
“Təhlükəli üçlük” İD terrorçuları ilə tamamlandı.
ABŞ prezidenti Barak Obama şənbə günü noyabrın 15-də Avstraliya Brisbenində G20 sammitində növbəti dəfə Rusiyanın Ukraynaya qarşı münasibətini bütün dünya üçün təhlükə adlandırıb.
Oxu.Az bu barədə Reuters-ə istinadən xəbər verir.
“Biz Qərbi Afrikada Ebola ilə mübarizə cəmiyyətinə və dünya üçün təhlükə olan Rusiyanın Ukraynaya qarşı aqressiyasına qarşı fəaliyyətə rəhbərlik edirik. Biz bundan MH17 təyyarəsinin qəzasından sonra əmin olduq”, – Obama deyib.
Sentyabrın 24-də Obama BMT-nin 69-cu Baş Assambleyasının açılışında iştirak edib. Öz nitqində o, beynəlxalq dünya və təhlükəsizlik üçün əsas üç təhlükəni sadalayıb: birinci yerə Ebolanı, ikinci yerə – Ukraynaya qarşı Rusiyanın davranışını, üçüncü yerə isə – “İslam Dövləti”ni qoyub.
RF XİN rəhbəri Sergey Lavrov Obamanın nitqini şərh edərkən bəyan edib ki, “bu, dünyaya Amerikasayağı baxışdır”.
“Milli təhlükəsizliyə dair doktrinasında hüququnu BMT TŞ və ya digər beynəlxalq-hüquq aktlarının qərarlarından asılı olmayaraq yazan və öz düşündüyü kimi güc tətbiq edən bir ölkənin dünyaya baxışıdır”, – o qeyd edib.