Yeni avtobusların gətirilməsi prosesi davam edəcək…
Yeni avtobusların gətirilməsi prosesi davam edəcək.
Son bir neçə ay ərzində Azərbaycana 600-700 yeni avtobus gətirilib. Bunun əksəriyyəti orta və iritutumlu avtobuslardır ki, onlar ölkə daxilində ictimai nəqliyyat xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib.
Onun sözlərinə görə, “Daewoo” markalı bu avtobuslar Cənubi Koreya istehsalıdır.
N.Həsənov əlavə edib ki, ümumilikdə, 2015-ci ilin birinci rübünə kimi ölkəyə bu cür avtobusların gətirilməsi prosesi davam edəcək.
“Bundan başqa, şəhərlər və rayonlar arasında marşrutlarda işləyəcək avtobusların gətirilməsi nəzərdə tutulub”, – deyə, nazirlik rəsmisi qeyd edib.
/oxu.az/