Ölkəsinə könüllü qayıtmış şəxslər reinteqrasiya yardımı ilə təmin ediliblər

Niderland Krallığından mənşə ölkəsinə könüllü qayıtmış şəxslər reinteqrasiya yardımı ilə təmin ediliblər. Yardım Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin könüllü qayıdışa yardım və reinteqrasiya layihələri çərçivəsində həyata keçirilib.

Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində BMqT-nin dəstəyi ilə könüllü qayıtmış şəxslər gəlir gətirən fəaliyyət növü kimi taksi xidmətinin göstərilməsi məqsədilə müvafiq avtomobilləri satın alıblar.

BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda İsveçrə, Belçika, Almaniya, Macarıstan, İtaliya, Hollandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir. Ayrılmış reinteqrasiya yardımı kiçik biznesin qurulması, mövcud biznesə sərmayə qoyulması, təhsilin yüksəldilməsi, habelə müvəqqəti mənzil təminatı üçün istifadə edilə bilər.

AZƏRTAC