Ötən il nazirlik 1,7 milyard manat qazanıb

Nazirlik məlumat yaydı…

Nazirlik məlumat yaydı.

İnformasiya-kommunikasiya texnologiyaları (İKT), informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 2014-cü ildə əvvəlki illə müqayisədə 16,2 faiz artaraq 1,7 milyard manatı ötüb.

Bu barədə Oxu.Az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Nazirliyin illik hesabatına görə, sektorun ümumi daxili məhsulda payı 1,9 faiz, qeyri-neft sektorunda 3,2 faiz təşkil edib. Gəlirlərdə özəl sektorun payı 77 faizdən 80 faizə yüksəlib. Sektor üzrə 331.6 milyon manat gəlir əldə olunub.

Xatırladaq ki, infrastrukturun modernləşdirilməsi və yeni texnologiyaların tətbiqi üçün nazirlik üzrə 57,2 milyon manat, ümumilikdə sektor üzrə isə 142 milyon manat investisiya yatırılıb.

www.oxu.az