Ötən il Ukraynada mindən çox əcnəbiyə vətəndaşlıq verilib

Ötən il Ukrayna Prezidenti 1100 əcnəbiyə bu ölkə vətəndaşlığının verilməsi barədə fərman imzalayıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin statistik məlumatında Ukrayna vətəndaşlığı alan əcnəbilər arasında rusiyalıların üstünlük təşkil etdikləri qeyd olunub.

Ötən il Rusiyadan 181, Suriyadan 124, Ermənistandan isə 105 nəfər Ukrayna vətəndaşlığı alıb. İl ərzində Prezident 6500 ukraynalının vətəndaşlığını ləğv edib.

AZƏRTAC