Pakistanda terrorçuları öldürməyə icazə verildi

Ölkə rəhbərliyi yeni qərar qəbul etdi…

Ölkə rəhbərliyi yeni qərar qəbul etdi.

Pakistan hakimiyyəti terrorizm cinayətləri ilə ittiham edilən şəxslərə qarşı ölüm hökmünə dair moratoriumu ləğv edəcək.

Oxu.Az bu barədə Agence France-Presse-ə istinadən xəbər verir.

Bu qərara Pakistan rəhbərliyi talibançıların Pişəvər şəhərində məktəbə hücumlarından sonra gəlib.

Qeyd edək ki, həmin hücum zamanı əksəriyyəti şagird olmaqla, 140 nəfərdən çox insan həlak olub.

Xatırladaq ki, dekabrın 16-da silahlı qrup Hayber-Paxtunxva əyalətində yerləşən Pişəvər şəhərindəki hərbi məktəbə hücum edərək, ümumi sayları 500 nəfərə bərabər olan müəllim və müdavimləri girov götürmüşdülər.

www.oxu.az