Ekspert açıqlama verdi…
Ekspert açıqlama verdi.
Pensiyanızın artım məbləğini müəyyənləşdirmək üçün ümumi məbləğdən “baza hissə”sini yəni, 100 manatı çıxın və 1.4%-ni hesablayın.
Məsələn: 130 (köhnə pensiya) + (130 (köhnə pensiya məbləği) -100 (baza hissəsi)) *0.014 (inflyasiyanın yüzdə biri) = 130.42 (sizin yeni pensiyanız).
Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənovpensiyaların indeksləşdirilməsi haqqında qərarı şərh edərkən bildirib.
Yəni, 130 manata görə artım 42 qəpik təşkil edib.
Xatırladaq ki, dünən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1 milyon manat, il ərzində isə 12 milyon manat əlavə vəsait tələb olunacağını və bütün əmək pensiyaçılarının 95%-nin, yəni xüsusi rejimdə pensiya alanlar istisna olmaqla yerdə qalan 1 milyon 215 min pensiyaçıya bu artımın şamil olunacağını bildirmişdi.