Pirallahı rayonunda külək elektrik stansiyaları tikiləcək

Hazırda ərazidə ölçü işləri aparılır…

Hazırda ərazidə ölçü işləri aparılır.

Gələcəkdə Pirallahı rayonunda külək elektrik stansiyalarının da tikintisi nəzərdə tutulub. Artıq ərazidə 80 metr hündürlüyündə ölçü müşahidə stansiyası quraşdırılıb.

Oxu.Az xəbər verir ki, Alternativ və Bərpa olunan Enerji  Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən verilən məlumata görə, quraşdırılacaq külək elektrik stansiyasının tipini, gücünü və sayını təyin etmək üçün hazırda ərazidə ölçü işləri aparılır.

Müşahidə stansiyası il ərzində fasiləsiz olaraq küləyin sürətini, günəşin isə radiasiyasını ölçür. Ölçü işlərinin yekununa əsasən külək qurğularının yeri, gücü və sayı müəyyən olunacaq.

Bununla yanaşı, Pirallahı adasındakı neft ehtiyatları nəzərə alınaraq Dövlət Agentliyi tərəfindən buradakı yataqlardan çıxan səmt qazının toplanılaraq elektrik enerjisinə çevrilməsi nəzərdə tutulub.

Bu qurğuların istifadəyə verilməsi ilə atmosferə atılan səmt qazının miqdarı azalacaq.

www.oxu.az