Politoloq: “Putin Ukraynadan sonra Dağlıq Qarabağla məşğul olacaq”

 Rusiya prezidenti Vladimir Putin Ukraynanın ərazisinin bir hissəsini təsiri altına alandan sonra çox güman ki, Dağlıq Qarabağ və Latviya ilə məşğul olacaq…

Rusiya prezidenti Vladimir Putin Ukraynanın ərazisinin bir hissəsini təsiri altına alandan sonra çox güman ki, Dağlıq Qarabağ və Latviya ilə məşğul olacaq.

Modern.az xarici mətbuata istinadən bildirir ki, bunu rusiyalı politoloq Stanislav Belkovski deyib: “Hesab edirəm ki, Ukraynadan sonra onun vəzifəsi Dağlıq Qarabağın tanınmasıdır. O, bununla da ABŞ, Kanada və Fransadakı erməni diasporunun dəstəyini alacaq, bu isə xarici siyasət nöqteyi-nəzərindən onun üçün vacibdir. Putinin daha bir istəyi Latviyada Rusiya meylli qüvvənin hakimiyyətə gəlməsidir, çünki ona ayağını Baltikyanı regiona  qoymaq lazımdır. Estoniya və Litvada bunu bacarmaz, ancaq Latviyada edə bilər”.

 

Modern.az