Politoloq: “Qərb Rusiyanı artıq bir neçə mərhələdə udub”

“Yeni Nazirlər Kabineti Ukrayna oliqarxlarına güclü zərbə vurdu”…

“Yeni Nazirlər Kabineti Ukrayna oliqarxlarına güclü zərbə vurdu”.

 

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu sözləri “Ukrayna barometri ” Sosioloji Tədqiqatların Mərkəzinin rəhbəri Viktor Nebojenko yeni hökumətinin tərkibini şərh edəkən bildirib.

 

O, yeni hökumətdə əcnəbilərin yer almasını tənqid edib: “Bu hökumət bizim oliqarxlarımıza güclü zərbədir. Çünki onların bütün nazirliklərlə əlaqələr var. Bizim oliqarxlarımız ona görə güclü deyillər ki, onlar ağıllıdırlar, onların yaxşı əlaqələri var. Hökumətdə təmsil olunan əcnəbilər bu əlaqəni qırırlar”.

 

Ekspertin sözlərinə görə, yeni hökumət texnikidir və  maliyyə institutlarına girişə malik olan hökumətdir: “Onlar büdcə ilə məşğul olurlar. Bu yaxşıdır, çünki müharibəyə baxmayaraq Beynəlxalq Valyuta Fondu Ukraynanı maliyyələşdirəcək. Bu Kremlə zərbədir. Qərb artıq bir neçə mərhələdə udub. Birinci, Donetsk aeroportu ətrafında müharibə dayandırılıb. İkinci, bizim hökumətimizə Putinin düşmənləri -əcnəbilər gəldilər. Yeni Nazirlər Kabineti Ukraynanın Rusiyadan tamamilə qopardılmasına yönəlib”.

 

Qeyd edək ki, Ukrayna parlamenti yeni hökumətin tərkibini dünən təsdiqləyib. Yeni kabinetdə prezident Pyotr Poroşenko tərəfindən imzalanan fərmanla Ukrayna vətəndaşlığı alan Litva vətəndaşı Ayvaras Abramaviçus iqtisadiyyat naziri, Gürcüstan vətəndaşı Aleksandr Kvitaşvili səhiyyə naziri, Ukrayna əsilli ABŞ vətəndaşı Natalya Yaresko isə maliyyə naziri postunu tutub.

 

/Publika/