Polşanın iqtisadiyyat naziri Bakıya gəlir

Biznes forum keçiriləcək…

Biznes forum keçiriləcək.

Dekabrın 15-də Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gələcək.

Oxu.Az xəbər verir ki, bu barədə AZPROMO-nun (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun) məlumatında deyilir. Səfər çərçivəsindəYanuş Pexoçinskinin Azərbaycan-Polşa Biznes forumunda iştirakı gözlənilir.

Xatırladaq ki, forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 30-a yaxın Polşa şirkətinin iştirakı nəzərdə tutulur.

www.oxu.az