Poroşenko müharibəni bitirmək istədiyini bildirdi

“Müharibədə qalib və ya məğlub olmur – müharibədə sağ qalanlar olur”…

“Müharibədə qalib və ya məğlub olmur – müharibədə sağ qalanlar olur”.

Ukrayna prezidenti Petr Poroşenko müharibəyə son qoymaq və üçüncü dünya müharibəsinin başlanmasının qarşısını almaq istədiyini bildirib. Bu barədə o öz Tvitter səhifəsində yazıb.  

“96 il öncə birinci dünya müharibəsi bitib. Mən digər bir müharibəni bitirmək istəyirəm. Mən heç kimə üçüncü dünya dəhşətini başlatmaq imkanı vermək istəmirəm”, – Ukrayna dövlət başçısı bildirib.

Poroşenko Facebook səhifəsində yazıb: “Bu gün Avropada heç kim “Qələbə günü”nü qeyd etmir – yalnız itkiləri xatırlayır. Müharibədə qalib və ya məğlub olmur – müharibədə sağ qalanlar olur. Həm də hər iki tərəfdən”.

“Bu gün Şərqdə biz Ukraynanın ərazi bütövlüyünü müdafiə edirik, və biz hər zaman doğma torpağı və müstəqillik və inkişafa hüququmuzu müdafiə edəcəyik”, – prezident vurğulayıb. Ukrayna liderinin sözlərinə görə, o Donbasda vəziyyətin sülh yolu ilə həll edilməsinə inanır.

Apreldə Ukrayna silahlı qüvvələri ölkənin şərqində Donetsk və Luqansk vilayətlərini müstəqil respublika elan edənlərə qarşı antiterror əməliyyatına başlayıblar. Donbası tamamilə nəzarət altına almaq mümkün olmadı, yayın sonuna yaxın əməliyyat dayandırılmışdı. Sentyabrda tərəflər arasında qismən riayət edilən atəşkəs əldə edilib.  

www.oxu.az