“Polis haqqında” Qanuna dəyişiklik edilib…
“Polis haqqında” Qanuna dəyişiklik edilib.
Prezident İlham Əliyev “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” sənədi təsdiqləyib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:
1. 1-ci maddənin 7-ci abzasında “əl-qolu bağlama” sözlərindən sonra “və elektroşok” sözləri əlavə edilsin.
2. 26-cı maddəyə aşağıdakı məzmunda III-I hissə əlavə edilsin:
“III-I. Elektroşok vasitələri bu maddənin 2-ci hissəsinin 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər. Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.