Prezident fərman imzaladı: Polislərin səlahiyyəti artırıldı

“Polis haqqında” Qanuna dəyişiklik edilib…

“Polis haqqında” Qanuna dəyişiklik edilib.

Prezident İlham Əliyev “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” sənədi təsdiqləyib.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:

1. 1-ci maddənin 7-ci abzasında “əl-qolu bağlama” sözlərindən sonra “və elektroşok” sözləri əlavə edilsin.

2. 26-cı maddəyə aşağıdakı məzmunda III-I hissə əlavə edilsin:

“III-I. Elektroşok vasitələri bu maddənin 2-ci hissəsinin 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər. Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

www.oxu.az