Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə başsağlığı məktubu göndərib…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə başsağlığı məktubu göndərib.
Milli.Az AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin! “
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
Milli.Az AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:
“Hörmətli cənab Baş nazir,
Əziz Qardaşım,
Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş qəza nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbərindən olduqca kədərləndim.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin! “
/Milli.Az/