Prezident İlham Əliyev 4 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidentinin mətbuat xidməti verdiyi məlumata əsasən  Prezident İlham Əliyev Ekvatorial Qvineyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Esono Miça Akenqin etimadnaməsini qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hamzat İbrahimin, Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bold Ravdanın, Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviçin etimadnaməsini qəbul edib.

Report.az