Cəbiyev qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozub…
Cəbiyev qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozub.
Azərbaycan prezidenti İlham Əliyev Qazax Rayon Məhkəməsinin hakimi E.M.Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
“Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Qazax Rayon Məhkəməsinin hakimi Elnur Muxtar oğlu Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin”.
Dövlət başçısının digər sərəncamı ilə Hüseyn Məmmədov Naxçıvan Şəhər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.