Prezident müəllimləri mükafatlandırdı – SİYAHI

Müvafiq sərəncam imzalanıb…

Müvafiq sərəncam imzalanıb.

Prezident İlham Əliyev Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Ataşov Bəyalı Xanalı oğlu
Əliyev Vilayət Abbas oğlu
Hacıyev Əhəd Yusif oğlu
Həsənova Əminə İbrahimxəlil qızı
Quliyeva Fatimə Ağayar qızı
Qurbanova Gülnarə İbrahim qızı
Şükürov Tahir Şükür oğlu

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin əməkdaşlarına fəxri adlar verilib.

Sərəncamda deyilir ki, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar Müəllim”

Əliyeva İlahə Əliyulla qızı
Mehrəliyev İmaməddin İbrahim oğlu
Məmmədova Əfşan Əsəd qızı

“Əməkdar Mədəniyyət İşçisi”

Abdullayeva Tamilla Əli qızı

“Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”

Abdullayeva Gülnarə Hicran qızı

www.oxu.az