“Amma Ukraynada baş verənlər – qeyri-qanunidir”…
“Amma Ukraynada baş verənlər – qeyri-qanunidir”.
ABŞ hakimiyyəti keçmiş Sovet İttifaqının prezidenti Mixail Qorbaçovun ABŞ və Rusiya arasında yeni soyuq müharibəyə dair fikri ilə razı deyil.
Bu barədə Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bəyan edib.
Oxu.Az xəbər verir ki, o, Vaşinqtonun Moskva ilə əsasən İraq, Suriya və Yaxın Şərqdə vəziyyətə dair bir sıra məsələlər üzrə əməkdaşlıq etdiyini vurğulayıb.
“Amma Ukraynada baş verənlər – qeyri-qanunidir və bunun nəticəsi olmalıdır,” – RİA Novosti Dövlət departamenti nümayəndəsindən sitat gətirib.
Bununla yanaşı o qeyd edib ki, “ABŞ Ukraynanı dəstəkləyir”.
Xatırladaq ki, dünən Qorbaçov bəyan edib ki, Rusiya və ABŞ arasında “isti” müharibəyə keçə biləcək soyuq müharibə gedir.
Onun sözlərinə görə, Vaşinqton Moskvanı “özünü əsas hakimlik ideyasını realizə etmək üçün” qarşıdurmaya sürükləyib.