Putin: “Böhranlar dövründə bu mexanizmdən istifadə edirlər”

Rusiya prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) təşkilatına üzv ölkələrin liderlərinin noyabrın 10-da Pekində keçiriləcək sammiti öncəsi…

Rusiya prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) təşkilatına üzv ölkələrin liderlərinin noyabrın 10-da Pekində keçiriləcək sammiti öncəsi Çin mediasına verdiyi müsahibədə neft qiymətlərinin düşməsindən danışıb.

 

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Putin bunun arxasında bir sıra ölkələrin siyasətinin dayandığını deyib.

 

Onun sözlərinə görə, bir sıra ölkələr böhranlar dövründə bu mexanizmdən istifadə edir: “Neftin qiymətlərinin dəyişməsinə siyasi amillər də təsirsiz ötüşmür. Böhran vaxtlarında isə enerji resurslarının qiymətinin müəyyənləşməsində siyasət həmişə üstün olur. Kimlərsə maraqlarına uyğun olaraq enerji qiymətləri ilə manipulyasiya etməyə çalışırlar”.

 

/Publika/