Qərbin Ukraynanın iqtisadiyyatına kömək göstərməyə tələsmədiyini deyən Rusiya prezidenti bildirib ki, islahatlar adı altında sehrbazlıqla məşğul olmaq lazım deyil…
Qərbin Ukraynanın iqtisadiyyatına kömək göstərməyə tələsmədiyini deyən Rusiya prezidenti bildirib ki, islahatlar adı altında sehrbazlıqla məşğul olmaq lazım deyil.
Publika.az-ın məlumatına görə, Putin Federal Məclisə müraciətində Ukraynada “dövlət çevrilişi”nin insan hüquqları haqqında söhbətlərlə örtülməsini ikiüzlülük adlandırıb. O hər bir xalqın, həmçinin Ukraynanın müstəqil inkişaf yoluna malik olduğunu deyib.
Putin Krım və Sevastopolun yenidən Rusiyaya birləşdirilməsini tarixi addım adlandırıb. O, Rusiya üçün Krımın böyük sivilizasiya və dini qiymətə malik olduğunu, rusiyalılar üçün həmişəlik belə qalacağını vurğulayıb.
Rusiya prezidenti ölkəsinin Avropa və Amerika ilə münasibətlərini kəsməyə hazırlaşmadığını deyib. Putin həmçinin qeyd edib ki, Rusiyanın dünyada çoxlu dostu və strateji partnyoru var. O, Rusiyanın bahalı silah yarışına girmək niyyətində olmadığını qeyd edib. Eyni zamanda əlavə edib ki, Rusiyanın öz təhlükəsizliyini təmin edəcək qeyri-standart qərarları var.
Rusiya dövlət başçısı ölkənin iqtisadi inkişafı ilə bağlı da fikirlərini bildirib. Putin kiçik biznesdə üç il ərzində yoxlamaları aparmamağı təklif edib. Amma prezidentin sözlərinə görə, həmin müəssisə bu müddətdə özünü yaxşı göstərməlidir.
Putinin sözlərinə görə, sanksiyalar və məhdudiyyətlər qarşıya qoyulan hədəfə çatmaq üçün stimuldur. O, Rusiyanın investisiyaların cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi üçün bütün dünyaya açılacağını vurğulayıb.
Dövlət başçısı Rusiya xaricində olan kapitalın ölkəyə qayıdışı şərti ilə həmin kapitala tam amnistiya veriləcəyini bildirib.
/Publika/