Putin “Rossotrudniçestvo”nun rəhbərini işdən azad etdi

O, 2012-ci ilin martından bu vəzifəni tuturdu…

O, 2012-ci ilin martından bu vəzifəni tuturdu.

Rusiya Prezidenti Vladimir Putin “Rossotrudniçestvo”nun rəhbəri Konsantin Kosaçovun vəzifəsindən azad edilməsi barədə fərman verib. 

Oxu.Az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata əsasən, fərman imzalandığı gündən qüvvəyə minir. 

Hazırda Kosaçov Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitənin sədridir. 

Öncə bildirilmişdi ki, Kosaçov vəzifəsini dekabrın 18-də tərk edəcək və Federasiya Şurasına keçəcək. 

Kosaçovun müavini Viktor Ratnikov “Rossotrudniçestvo”nun rəhbəri vəzifəsini icra edən təyin edilib. 

Kosaçov 2012-ci ilin martından “Rossotrudniçestvo”ya rəhbərlik edib. 

www.oxu.az