Putin: “Rusiya Ermənistan və Azərbaycan prezidentləri arasında birbaşa təmasların bərpasını alqışlayır “

Rusiya Ermənistan və Azərbaycan prezidentləri arasında birbaşa təmasların bərpasını alqışlayır. APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bunu İrəvanda keçirdiyi brifinqdə Rusiya prezidenti Vladimir Putin deyib…

 

Rusiya Ermənistan və Azərbaycan prezidentləri arasında birbaşa təmasların bərpasını alqışlayır. APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bunu İrəvanda keçirdiyi brifinqdə Rusiya prezidenti Vladimir Putin deyib.

 

O bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı regional və beynəlxalq məsələlərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi həlli ilə bağlı məsələyə toxunulub.

 

“Bildiyiniz kimi mən bir müddət öncə Bakıda səfərdə olmuşam. Biz Azərbaycan prezidenti ilə Qarabağ nizamlanması perspektivlərini ətraflı müzakirə etdik. Noyabrın 19-da Vyanada keçirilən görüşün pozitiv xarakterli olmasını qeyd etmək mənə olduqca xoşdur. Biz tərəflərin sağlam düşüncəsinə və münaqişəni həll etmək səylərinə ümid edirik. ATƏT-in Minsk qrupu çərçivəsində buna hərtərəfli dəstək verəcəyik”, – deyə o vurğulayıb./Apa/