Rusiya prezidenti Vladimir Putin Suriyada döyüşən MDB ölkələri vətəndaşlarının böyük təhlükə törətdiyini bəyan edib. Modern.az saytı bildirir ki, Federal Təhlükəsizlik Xidmətinin Kollegiya iclasında çıxış edən Putin bununla bağlı ciddi işlərin aparılmasını tələb edib…
Rusiya prezidenti Vladimir Putin Suriyada döyüşən MDB ölkələri vətəndaşlarının böyük təhlükə törətdiyini bəyan edib. Modern.az saytı bildirir ki, Federal Təhlükəsizlik Xidmətinin Kollegiya iclasında çıxış edən Putin bununla bağlı ciddi işlərin aparılmasını tələb edib.
“Terrorçular və radikallar tərəfindən ələ alınmış Rusiyanın və bir sıra MDB ölkələrinin vətəndaşları Suriyada və Əfqanıstanda və dünyanın digər regioanlarındakı hərbi əməliyyatlarında iştirak edirlər. Bu faktlar cox ciddi narahatlıq yaradır. Bu vətəndaşlar həmin ərazilərdə terrorçuluq hazırlığı və ideoloji hazırlıq keçirlər”-detə Putin qeyd edib.
Rusiya prezidenti daha sonra vurğulayıb ki, bu radikallar Rusiya və MDB ölkələrinə göndəriləcək. “Bu terrorçulardan sonradan bizim ölkəmizə və MDB üzvü olan qonşu ölkələrə qarşı istifadə olunması ehtimalı böyükdür. Biz buna hazır olmalıyıq. Bütün qabaqlayıcı tədbirləri görməliyik”-deyə bəyan edən Rusiya prezidenti MDB-nin Antiterror mərkəzləri və digər qurumlarla daha effektli əməkdaşlıq etməyi tapşırıb.
Kremlin sahibi əsas diqqəti terror qurumlarının xaricdən maliyyələşən pul və resurs kanallarının kəsilməsinə yönəldib.
/Modern.az/