Putin: Ukrayna müstəqil, azad, suveren dövlətdir

“Biz Ukraynanın neonasizmə sürüklənməsindən qorxuruq”…

“Biz Ukraynanın neonasizmə sürüklənməsindən qorxuruq”.

Ukrayna yalnız etnik tərkibə görə deyil, eləcə də indiki formalaşma proseslərinə görə mürəkkəb ölkədir. Gələcəyi varmı və necə olacaq? Mən düşünürəm ki, əlbəttə var. Bu böyük ölkədir, böyük xalqdır, 43-44 milyon əhalisi var. Bu, Avropa mədəniyyətli, böyük Avropa ölkəsidir.

Oxu.Az xəbər verir ki, bu barədə ARD telekanalına verdiyi müsahibəsi zamanı Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirib.

Putin həmçinin münaqişənin həlli üçün Rusiyanın imkanları barədə informasiyasını şərh edib:

“Bilirsiz, mənə hər hansı bir münaqişənin həllində xüsusi imkanlarımızın olduğunu deyəndə bu məni bir qədər gərginləşdirir. Biz dəfələrlə Suriya probleminin açarları olduğunu, bu və ya digər, eləcə də Ukrayna probleminin həllində xüsusi imkanlarımızın olduğunu eşitmişik. Məndə həmişə şübhə yaranır ki, sadəcə üstümüzə məsuliyyət qoymaq istəyirlər.

Biz bunu istəmirik. Ukrayna müstəqil, azad, suveren dövlətdir. Mən sizə birbaşa deyəcəm: mən çox narahatam ki, orada etnik təmizləmə arzusu yaransın, qorxuruq ki, Ukraynanın neonasizmə sürüklənməsindən qorxuruq. Bəs nə, əgər insanlar əlində və ya Ukraynanın şərqində döyüşən bəzi hərbi bölüklərin papaqlarında svastika var? Əgər bu sivil ölkədirsə, hakimiyyət hara baxır? Heç olmasa bu uniformanı çıxarardılar, millətçilərdən bu işarələri çıxarmağa məcbur edərdilər. Əgər bu baş versə Ukrayna və Ukrayna xalqının faciəsi olacaq”.

www.oxu.az