Putin və Poroşenko Ukraynadakı vəziyyəti müzakirə ediblər

Tərəflərin atəşkəs rejiminə əməl etməsindən qarşılıqlı məmnunluq ifadə olunub…

Tərəflərin atəşkəs rejiminə əməl etməsindən qarşılıqlı məmnunluq ifadə olunub.

Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Pyotr Poroşenko ilə Ukraynadakı son vəziyyəti müzakirə ediblər.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Münaqişə tərəflərinin, bütövlükdə, atəşkəs rejiminə əməl etməsindən qarşılıqlı məmnunluq ifadə olunub. ATƏT-in xətti ilə vəziyyətin monitorinqinin zəruriliyi qeyd olunub. Donetsk və Luqansk vilayətlərinin sakinlərinə humanitar yardımın çatdırılması məsələlərinə də toxunulub”, deyə məlumatda bildirilir.

Telefon danışığı zamanı prezidentlər arasında Ukrayna- Aİ assosiasiya sazişinin qüvvəyə minməsinin Gömrük İttifaqı ölkələri üçün  fəsadları kontekstində fikir mübadiləsi aparılıb.

Putin və Poroşenko dialoqun davam etdirilməsinə dair razılığa gəliblər.

www.oxu.az