Putini Osventsimə dəvət etmədilər

“O, getməyəcək”…

“O, getməyəcək”.

Rusiya Prezidenti Vladimir Putin Osventsim əsir düşərgəsinin azad olunmasının 70 illiyi ilə əlaqədar Polşada keçiriləcək rəsmi tədbirə dəvət edilməyib.

Oxu.Az-ın İnterfaks-a istinadən verdiyi məlumata əsasən, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib. 

“Prezidentin cədvəlində belə səfər yoxdur”, – o bildirib. 

O, həmçinin deyib ki, prezident bu tədbirlərə rəsmi dəvət almayıb. Bununla belə Peskov qeyd edib ki, “ümumilikdə, əgər biz düzgün başa düşürüksə, bu cür tədbirlərə rəsmi dəvətnamələr göndərilir”. 

“Putinə heç bir şəxsi dəvət olmayıb. O, getməyəcək, baxmayaraq ki, biz Qələbənin 70-ci ildönümü ilində bütün anım tədbirlərinə, həmçinin Polşada keçiriləcək tədbirə olduqca böyük önəm veririk”, – o əlavə edib. 

Peskovun sözlərinə görə, ona tədbirin təşkilatçısının Polşa hökuməti deyil, Auşvits-Birkenau və Osventsim Beynəlxalq Birliyinin olması barədə heç nə məlum deyil. Forbes jurnalının məlumatına görə, tədbirə dəvətnamələri məhz həmin bu təşkilatlar göndərir.  

www.oxu.az