Qərbin Rusiyaya qarşı 40 milyardlıq sanksiya zərbəsi

“Kreditlər, investisiya resursları…”….

“Kreditlər, investisiya resursları…”.

Rusiya sanksiyalara görə ildə 40 milyard dollar, neftin qiymətinin enməsinə görə isə 90-100 milyard itirir, bunu Maliyyə naziri Anton Siluanov bəyan edib.

“İldə 40 milyard geosiyasi sanksiyalara görə itiririk. Və neftin qiymətinin 30% enməsinə görə hardasa 90-100 milyard dollar itiririk”, – Siluanov qeyd edib,Oxu.Az xəbər verir.

“Geosiyasətdən danışsaq, ölkəyə kapital axını azalıb. Kreditlər, investisiya resursları… Bu neçəyə başa gəlir? Təxminən ildə 40 milyard dollara”, nazir bir daha qeyd edib.

Onun fikrincə, Rusiyadan kapital axını 2014-cü ildə 130 milyard dollardan ibarət olacaq.

“Doğrudur, əsas kapital axını əhalinin əmanətinin konvertasiyası və iqtisadi agentlərin rubldan valyutalara keçidi hesabına olur”, – Siluanov açıqlayıb.

Geosiyasi sanksiyaların nəticələri Rusiya üçün gözəçarpacaqdır bu, büdcədən çox ixrac mallarının qiymətləri üçün daha kritikdir.

www.oxu.az