XİN məlumat yaydı…
XİN məlumat yaydı.
Bu gün Yunanıstanın Saloniki şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirləri şurasının 31-ci iclası keçirilir.
İclasda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev iştirak edir. Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən bildiriblər.
Xatırladaq ki, iclasda son 6 ay ərzində təşkilat çərçivəsində həyata keçirilmiş əməkdaşlıq əlaqələrinin vəziyyəti və s. kimi məsələlər müzakirə olunur.