Qarabağa səfər etmiş ukraynalı jurnalist Azərbaycandan üzr istədi

“Bütün Ukraynaya toxunmaq lazım deyil”…

“Bütün Ukraynaya toxunmaq lazım deyil”.

Ukraynalı jurnalist, “1+1” telekanalında yayımlanan “15 respublika” layihəsinin müəllifi, verilişin növbəti buraxılışı çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ regionuna qeyri-qanuni səfər etmiş Dmitri Volkov öz hərəkətinə görə üzr istəyib. 

Oxu.Az xəbər verir ki, bu barədə D.Volkov bu gün dərc etdiyimiz “Dost dosta tən gələr…” başlıqlı yazının şərh yerində yazıb.  

“Kanala, Kolomoyskiyə (“1+1” telekanalı Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru, məşhur iş adamı İqor Kolomoyskiyə məxsusdur – red.), və xüsusən də, bütün Ukraynaya toxunmaq lazım deyil. 

Bütün iddialar mənədir. Müəllif mənəm. Mən sadəcə səyahət edir, gördüyüm və eşitdiklərimi göstərirdim. Kiməsə toxunmuşamsa, bağışlayın. İstəmirdim. Burada hansısa dünya gizlinləri nəzəriyyəsi qurmaq lazım deyil. Mən Yer kürəsində yaşayan bütün xalqlara böyük hörmət bəsləyirəm. Və zəhmət olmasa, internetdəki trolların fitnələrinə uymayın – “1+1” Maydanda hakimiyyətin tərəfində olmayıb. 

Bizim jurnalistlər (o cümlədən də mən) “Berkut”un dəyənəklərindən çoxsaylı zədə almışıq. Azərbaycan gözəl ölkədir. Bizim orada çoxlu dostlarımız peyda olub və biz gözəl ünsiyyət saxlayırıq. Lakin bununla belə, Azərbaycan XİN bizim heç bir sorğumuza cavab vermədi. Ermənilər isə cavab verdilər”, – deyə, jurnalist yazıb.  

 

 

 

 

 

 

 

 

 

 

/oxu.az/