Qızıl Xaç Komitəsi Azərbaycan vətəndaşının girov götürüldüyünü təsdiqləyib

BQXK öz mandatına uyğun olaraq həmin vətəndaşa baş çəkəcək…

BQXK öz mandatına uyğun olaraq həmin vətəndaşa baş çəkəcək.

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK)cəbhə xəttində bir Azərbaycan vətəndaşının girov götürüldüyünü təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bu barədə APA – ya açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O bildirib ki, BQXK-nın Dağlıq Qarabağ ofisi Azərbaycan vətəndaşının saxlanılması barədə məlumatlandırılıb. İ. Hüseynovanın sözlərinə görə, BQXK öz mandatına uyğun olaraq həmin vətəndaşa baş çəkəcək.

Qeyd edək ki, Ermənistan mətbuatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın “Müdafiə Nazirliyinin mətbuat xidməti”nə istinadən Cavid Məmmədov adlı Azərbaycan vətəndaşının Verin Çaylı istiqamətində erməni əsgərləri tərəfindən saxlanılması barədə xəbər yayıb. 

Azərbaycan Müdafiə Nazirliyi isə C. Məmmədovun cəbhə xəttində girov götürülməsi faktı ilə bağlı araşdırma aparıldığını bəyan edib.

 

/Oxu.az/