Qorbaçov ABŞ və Rusiya arasında “isti müharibə” təhlükəsindən danışdı

“Yəni onlar başlarını tamamən itiriblər?”…

“Yəni onlar başlarını tamamən itiriblər?”.

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov bəyan edib ki, Rusiya və ABŞ arasında “isti müharibə”yə keçə biləcək soyuq müharibə gedir, Oxu.Az“İnterfaks”a istinadən xəbər verir.  

Siyasətçinin sözlərinə görə, Vaşinqton özünün başlıca qalibiyyət ideyasını aşkar şəkildə realizə etmək üçün Moskvanı qarşıdurmaya sövq edib.

“Təəssüf ki, mən artıq əminliklə soyuq müharibənin “isti müharibə”yə keçməyəcəyini deyə bilməyəcəm. Qorxuram ki, onlar (ABŞ) risk edə bilərlər”, – Qorbaçov əlavə edib.

Sovet İttifaqının keçmiş prezidenti Qərbin Rusiyaya qarşı sanksiyalarını da xatırladıb.

“İndi ən çox Amerika və Avropa İttifaqından Rusiyaya qarşı sanksiyalar barədə eşidirik. Yəni onlar başlarını tamamən itiriblər?”, – o, qeyd edib. 

www.oxu.az