Qurban bayramında əfv olacaq?

“İşçi Qrupunun toplantısı olmayıb”…

“İşçi Qrupunun toplantısı olmayıb”.

Qarşıdan müsəlman dünyasının əlamətdar bayramlarından olan Qurban bayramı gəlir. Bayram münasibətilə əfv olacaqmı?

Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Əfv komissiyasının üzvü, millət vəkili Çingiz Qənizadənin Publika.az-a bildirdiyinə görə, Qurban bayramında əfv fərmanı veriləcəyinə inanmır: 

“Bu barədə hələ ki heç bir söz deyə bilmərən. Məndə bu barədə belə bir məlumat yoxdur. Çünki İşçi Qrupunun toplantısı olmayıb. Mənə elə gəlir ki, ilin sonuna ölkə başçısı tərəfindən belə bir fərman imzalana bilər”.
 
Komissiya üzvü əlavə edib ki, ölkə başçısı tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə əfv fərmanı imzalanması ənənə halını alıb:

“Bundan əlavə, müəyyən vaxtlarda bu baş tutur. Amma hər halda, yaxın vaxtlarda əfv olmasını ehtimal etmirəm”.

www.oxu.az