Ramil Səfərov şəhid ailəsinə baş çəkdi

Bu barədə xəbər sosial şəbəkələrdə yayılıb…

Bu barədə xəbər sosial şəbəkələrdə yayılıb.

Azərbaycan ordusunun zabiti Ramil Səfərov şəhid Həsən Həsənovun ailəsinə baş çəkib.

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə xəbər sosial şəbəkələrdə yayılıb.

Ramil Səfərov Kəlbəcərdə doğma torpaqlarına baş çəkərkən Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən Həsən Həsənovun övladları ilə görüşüb. 

Qeyd edək ki, 2004-cü ilin yanvarında Macarıstanda erməni zabitinin qətlində günahlandırılaraq barəsində ömürlük həbs qərarı çıxarılan Ramil Səfərov 8 il sonra – 2012-ci il avqustun 31-də Azərbaycan prezidentinin səyi ilə Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib və əfv edilib. 

 

/Oxu.az/